BAYRAQDAR MEDİA – Eskişehirli sənətçi Mithat Körler Türkiyə milli futbol komandası üçün hazırladığı “Çempion Türkiyə” adlı marşı təqdim edib. Marş sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və geniş rəğbət qazanıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, 2026-cı il Dünya Kuboku həyəcanı davam edərkən, Türkiyə milli futbol komandasına sənət dünyasından dəstək də artır: “Edis, Sinan Akçıl, Sefo, Rafet El Roman və Semicenk kimi tanınmış ifaçılardan sonra Eskişehirin sevilən sənətçilərindən Mithat Körlər də bu təşəbbüsə qoşulub. Türk musiqisində xüsusilə marşları və azarkeş mədəniyyətinə yaxın əsərləri ilə tanınan Körlər milli komanda üçün hazırladığı “Çempion Türkiyə” adlı yeni əsərini musiqisevərlərin ixtiyarına verib”.
Qeyd edilib ki, daha əvvəl Eskişehirspor üçün bəstələdiyi marşlarla azarkeşlərin yaddaşında iz qoyan sənətçi bu dəfə Türkiyə milli komandası üçün yeni bir marş hazırlayıb.
Ritmi və sözləri ilə diqqət çəkən “Çempion Türkiyə” marşı qısa müddətdə dinləyicilərin böyük marağına səbəb olub və çoxsaylı rəylər toplayıb.






İlk şərhi yaza bilərsiniz