BAYRAQDAR MEDİA -Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada şəhər mərkəzindən Esenboğa Hava Limanına qədər uzanacaq metro layihəsi ilə bağlı yeni açıqlama verib. Nazir bildirib ki, layihədə edilən dəyişikliklə metro xətti Ankara Yıldırım Beyazıt Universitetinə qədər uzadılacaq.
Bu barədə universietin məlumatında qeyd edilib.
Məlumata görə, yeni marşrut YHT Vağzalından başlayaraq şəhərin mühüm nəqliyyat və yaşayış məntəqələrini əhatə edəcək. Ümumi uzunluğu 36 kilometr olacaq xətt üzrə 12 stansiyanın inşası planlaşdırılır.
Layihənin tenderinin 30 iyunda keçiriləcəyi açıqlanıb. Tikinti işlərinin tenderdən sonra başlanacağı bildirilib.
Metro xəttinin istifadəyə verilməsi ilə tələbə və universitet əməkdaşlarının universitetə daha rahat və sürətli gediş-gəlişi təmin olunacaq.






İlk şərhi yaza bilərsiniz