BAYRAQDAR MEDİA – Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Minifutbol Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “gərgin keçən qarşılaşmada hesabı Xətai Bağırovun qolu ilə Azərbaycan millisi açıb. Lakin rəqib komanda sonradan tarazlığı bərpa edib və matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan yığması rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib”.
Azərbaycan millisinin həlledici görüşdəki rəqibi Ukrayna yığması olacaq. Final qarşılaşması iyunun 4-də, saat 22:30-da başlayacaq.






İlk şərhi yaza bilərsiniz