Press "Enter" to skip to content

“İnsan Hüquqları Aylığı”na həsr olunmuş növbəti tədbir

“İnsan Hüquqları Aylığı”na həsr olunmuş növbəti tədbir

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, bu sahədə həyata keçirilən dövlət siyasəti və mövcud qanunvericilik bazası barədə əməkdaşların məlumatlandırılması olub. AXA-nın İnsan resursları söbəsinin müdiri Babək Əliyev bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu sahədə həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir. O qeyd edib ki, Azərbaycanda insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Ümummilli Lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində təsdiq edilib. Bu sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb”.

Daha sonra xəbərdə, “əsası H.Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatlar ölkədə insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Bu islahatlar vətəndaşların sosial rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə proseslərində təmin edilməsi, eləcə də dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində mühüm rol oynayır. Çıxış edən digər iştirakçılar insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, bu istiqamətdə görülən işlər, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinə operativ və keyfiyyətli baxılması, onların vaxtında cavablandırılması və icrasına nəzarətin gücləndirilməsi barədə ətraflı məlumat veriblər” deyə diqqətə çatdırılır.

Görüş zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.ilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.