Press "Enter" to skip to content

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi

BAYRAQDAR MEDİA – İyunun 4-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər. Açılış mərasimindən sonra yarışlara rəsmi start verilib. Final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda təmsil olunur”.

Sonra xəbərdə, “iyunun 4-də keçirilən yarışlarda idmançılar 10–11, 12–13, 14–15, 46–50, 51–55, 56–60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparırlar. Qeyd edək ki, yarışa sabah yekun vurulacaq” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.