Press "Enter" to skip to content

Iğdırda “Metzamor” müzakirəsi 

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Iğdırda keçirilən beynəlxalq paneldə Ermənistan ərazisində yerləşən və region üçün ciddi təhlükə hesab olunan Metsamor Atom Elektrik Stansiyasının yaratdığı risklər geniş müzakirə edilib. Iğdır Universitetində təşkil olunan tədbirdə hüquqşünaslar, həkimlər, ekoloqlar və elm adamları iştirak edərək beynəlxalq qurumlara təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış ediblər.

Universitetdən verilən məlumata görə, müzakirələrdə bildirilib ki, Türkiyə sərhədindən cəmi 16, Iğdır şəhərindən isə 30 kilometr məsafədə yerləşən Metsamor AES texnologiyasının köhnəliyinə görə dünyanın ən təhlükəli nüvə stansiyalarından biri hesab olunur: “İqtisadi istismar müddəti başa çatsa da fəaliyyətini davam etdirən stansiyanın aktiv zəlzələ zonasında yerləşməsi Türkiyə, Azərbaycan, Naxçıvan və İran üçün ciddi risk yaradır. Paneldə nüvə enerjisinin ətraf mühitə təsiri, radiasiya monitorinqi, nüvə tullantılarının idarə olunması və ictimai sağlamlıq məsələləri üzrə mütəxəssislərin məruzələri dinlənilib”.

Məlumata görə, çıxışlarda mümkün qəza və radiasiya sızmasının ağır nəticələr doğura biləcəyi vurğulanıb.

Tədbir iştirakçıları bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin gecikmədən birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.