Press "Enter" to skip to content

Azərbaycan avarçəkənlərinin Gürcüstanda uğuru

Azərbaycan avarçəkənlərinin Gürcüstanda uğuru

BAYRAQDAR MEDİA – Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata Azərbaycan komandası üçün uğurlu nəticələrlə yadda qalıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “kayak yarışlarında İvan Vorobjanski 200, 500 və 1 min metr məsafələrdə birnəfərlik qayıqda üç qızıl medal qazanıb. Qiyas ƏhmədovTengiz Qaqnidze 200 və 500 metr məsafələrdə iki nəfərlik kayak qayığında bütün rəqiblərini qabaqlayıb. Q.Əhmədov 200 metr məsafədə birnəfərlik yarışda gümüş, T.Qaqnidze isə 500 metr məsafədə gümüş medala sahib olub. Elmir Tərverdiyev Mustafa Vəlizadə həm 500, həm də 1000 metr məsafədə iki nəfərlik kayakda qızıl medala layiq görülüb. Kanoedə Fəxri SadıqlıVaqif Mustafazadə 200 və 500 metr məsafədə iki nəfərlik qayıqda iki gümüş medal əldə edib. F.Sadıqlı 200 metr məsafədə birnəfərlik kanoedə ikinci, V.Mustafazadə isə üçüncü olub. V.Mustafazadə 1 min metr məsafədə də finişi üçüncü sırada keçib”.

Sonra xəbərdə, “akademik avarçəkmə yarışlarında isə Azərbaycan idmançıları bütün çıxışlarını qələbə ilə başa vurublar. Sabit Abdullayev (2008–2009), Məhəmməd Həsənov (2010–2011) birnəfərlik qayıqda 1 min 500 metr məsafədə qızıl medal qazanıblar. İsabala Dadaşzadəİsmayıl Şirinov tandemi isə iki nəfərlik qayıqda 1 min 500 metr məsafədə birinci yeri tutub. Estafet yarışında isə F.Sadıqlı, Rüstəm Əsgərov və V.Mustafazadə bürünc medala layiq görülüblər. Yekun nəticədə 10 qızıl, 5 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan komandası turniri ikinci pillədə tamamlayıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.