Press "Enter" to skip to content

EN-ə 7 mindən çox vətəndaş müraciəti

EN-ə 7 mindən çox vətəndaş müraciəti

BAYRAQDAR MEDİA – 2026-cı ilin 6 ayı ərzində Energetika Nazirliyi (EN) və tabeli qurumlara ümumilikdə 7 min 326 vətəndaş müraciəti daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “müraciətlərin 1 min 043-ü məlumat, 6 min 283-ü isə icra xarakterli olub. Bunlardan 5 min 729-u müvafiq qaydada icra edilib, 554 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik veriliş xəttinin mühafizə zonası, kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, enerji səmərəliliyi, qəbula yazılmaq, kadr məsələləri, icazələr, təşəkkür və digər mövzuları əhatə edib”.

Ardınca xəbərdə, “hesabat dövründə daxil olan müraciətlərin 4 min 948-i EN-in “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə qəbul edilib. Müraciətlərin 4 min 080-ni elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 512-si təşəkkür xarakterli, 356-sı isə digər məsələlərlə bağlı olub. Birinci yarımil ərzində Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 203 vətəndaş qəbul edilib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.