Press "Enter" to skip to content

OMAR yenilənmiş siması ilə fəaliyyətə başlayıb

İstanbul Universiteti

BAYRAQDAR MEDİA – İstanbul Universitetinin Osmanlı Musiqisi Tətbiq və Araşdırma Mərkəzi (OMAR) yenilənmiş tarixi binasının açılışını xüsusi proqramla qeyd edib. Tədbirdə universitet rəhbərliyi, İstanbul Valiliyinin nümayəndələri, alimlər və incəsənət xadimləri iştirak ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, açılış çərçivəsində panel təşkil olunub, həmçinin Osmanlı musiqisindən ibarət konsert proqramı təqdim edilib: “Universitetin rektoru professor Osman Bülənt Zülfikar çıxışında OMAR-ın Osmanlı musiqisinin araşdırılması və qorunması istiqamətində mühüm elmi və mədəni fəaliyyət həyata keçirdiyini bildirib. O, mərkəzin yenilənməsinin universitetin elmi və mədəni inkişafına mühüm töhfə verəcəyini vurğulayıb”.

Tədbirdə mərkəzin fəaliyyətinə dəstək göstərən şəxslərə təşəkkür edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.