Press "Enter" to skip to content

Heyvanların identifikasiyası nə üçün vacibdir? – VİDEO

Heyvanların identifikasiyası nə üçün vacibdir?

BAYRAQDAR MEDİA – Bir heyvanın yeri, aldığı peyvəndlər və keçirdiyi xəstəliklər bir neçə saniyə ərzində müəyyən edilə bilər. Bu, heyvanların identifikasiyası və qeydiyyatı sistemi sayəsində mümkündür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbidir və AQTA tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi — AQTİS vasitəsilə həyata keçirilir. İdentifikasiya sistemi “Fermadan süfrəyə” prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir. Heyvan itirildikdə və ya oğurlandıqda identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır”.

Vurğulanıb ki, heyvanların identifikasiyası sadəcə nişanlama deyil, bu, sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.