BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru professor Ekrem Gürel Türkiyə Gənclik Fondunun (TÜGVA) Iğdır vilayət nümayəndəliyini ziyarət edib. Görüşdə universitetlə qeyri-hökumət təşkilatları arasında həyata keçirilə biləcək birgə layihələr və gənclərlə bağlı fəaliyyətlər müzakirə olunub.
Universitetin məlumatına görə, rektor yay məktəbində təhsil alan şagirdlərlə də görüşərək onlarla söhbət edib və tədris prosesi ilə tanış olub. O, gənclərin akademik, sosial və mədəni inkişafına xidmət edən layihələrin əhəmiyyətini vurğulayıb.
TÜGVA rəhbərliyi göstərilən diqqət və dəstəyə görə rektora təşəkkür edib.
Görüş xatirə fotosu ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz