Press "Enter" to skip to content

AZAL-ın yeni imic çarxı – VİDEO

AZAL-ın yeni imic çarxı

BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) şirkətin dəyərlərini, korporativ kimliyini və gələcəyə baxışını əks etdirən yeni imic çarxını ictimaiyyətə təqdim edib. Çarx milli aviadaşıyıcının prinsipləri və gələcəyə baxışını ifadə edən brend manifestidir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “son illər AZAL ardıcıl inkişaf mərhələsini yaşayır. Donanmanın müasir hava gəmiləri ilə gücləndirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi və insan kapitalına yatırımlar şirkətin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir. Yeni imic videosu bütün bu dəyişikliklərin arxasında dayanan əsas ideyanı əks etdirir. O, milli aviaşirkətin kim olduğunu, nəyə inandığını və gələcəyə hansı dəyərlərlə irəlilədiyini vizual hekayədə təqdim edir”.

Sonra xəbərdə, “filmdə şirkətin fəaliyyətinin əsasını təşkil edən təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri ön plana çıxarılır. Məhz bu dəyərlər hər gün minlərlə əməkdaşın əməyində, qəbul edilən qərarlarda və sərnişinlərə təqdim olunan xidmətlərdə öz əksini tapır. Eyni zamanda, video AZAL-ın milli aviadaşıyıcı kimi missiyasına da toxunur. Şirkət Azərbaycanı dünya ilə birləşdirən hava körpüsü olmaqla yanaşı, Azərbaycanın mədəniyyətini və qonaqpərvərliyini beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir. Vizual hekayə aviaşirkət üçün uçuşun yalnız bir nəqliyyat xidməti olmadığını, etimad, məsuliyyət və yüksək xidmət mədəniyyəti üzərində qurulan bütöv bir təcrübə olduğunu vurğulayır. Bu yanaşma şirkətin gələcək inkişaf strategiyasının da ayrılmaz hissəsidir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.