Press "Enter" to skip to content

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – “AzerGold” QSC Şuşa şəhərində keçirilən 4-cü Şuşa Qlobal Media Forumunda təmsil olunub. 54 ölkədən 300-ə yaxın qonağın, o cümlədən 150 media subyektinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib.

“AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadanolmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, Cəmiyyətin fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley qızıl və gümüş sikkə kolleksiyası, eyni zamanda “Şuşa”, “Qarabağ inciləri”, “Zəfər”, “Laçın” və “İçərişəhər” kolleksiyaları nümayiş olunub.

Forum zamanı iştirakçılara dövlət şirkətinin stendində yer alan məhsullar barədə ətraflı məlumat verilib, “AzerGold” QSC-nin 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri əks etdirən video-təqdimat nümayiş edilib. Təqdimatlar və məhsullar yerli və xarici qonaqların böyük marağına səbəb olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.