Press "Enter" to skip to content

Görmə məhdudiyyətli şəxslər üçün səsli svetoforlar quraşdırılıb

Görmə məhdudiyyətli şəxslər üçün səsli svetoforlar quraşdırılıb

BAYRAQDAR MEDİA – Paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Eldar Xəlilov küçəsinin kəsişməsində yol hərəkəti iştirakçılarının, xüsusilə də görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyinin artırılması məqsədilə yeni svetoforlar quraşdırılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “NİİM tərəfindən görülən işlər çərçivəsində sürücülərin svetofor siqnallarını daha rahat görməsini təmin etmək məqsədilə 1 ədəd “A” tipli svetofor dirəyi “L” tipli dirəklə əvəzlənib. Bundan əlavə, kəsişmədə 2 ədəd yeni piyada svetoforu və 4 piyada bölməsi quraşdırılıb. Eyni zamanda, sözügedən piyada keçidindən görmə məhdudiyyətli şəxslərin daha çox istifadə etdiyini nəzərə alaraq svetoforlara 4 ədəd səsli xəbərdarlıq qurğusu quraşdırılıb. Bu qurğular piyada keçidinə yaxınlaşan zaman svetoforun işıq siqnallarına uyğun olaraq səsli siqnal verməklə görmə məhdudiyyətli şəxslərin yolu daha təhlükəsiz şəkildə keçməsinə kömək edir”.

Qeyd edək ki, əvvəllər kəsişmədə piyada keçidi olmadığından piyadalar yolu təhlükəli şəkildə keçmək məcburiyyətində qalırdılar. Problemin aradan qaldırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həmin ərazidə piyada keçidi təşkil olunub və müvafiq nişanlanma xətləri çəkilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.