Son yeniləmə: 15 İyul 2026
BAYRAQDAR MEDİA – Iğdır Hava Limanında sərnişin məmnuniyyətinin artırılması istiqamətində mühüm addım atılıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində hava limanının yola düşən sərnişinlər zalında pulsuz içməli su məntəqəsi yaradılıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən işlər nəticəsində yola düşən sərnişinlər zalında sərnişinlərin istifadəsi üçün içməli su sahəsi qurulub və artıq istifadəyə verilib.
Iğdır Hava Limanının müdiri Fikrət Bağca bildirib ki, Türkiyə üzrə hava limanlarında pulsuz içməli su xidmətinin tətbiqi mərhələli şəkildə genişləndirilir. Onun sözlərinə görə, Nəqliyyat və İnfrastruktur Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Iğdır Hava Limanında da pulsuz içməli su məntəqəsi yaradılıb və yola düşən sərnişinlər bu imkandan yararlana biləcəklər.
Xüsusilə uçuşdan əvvəl gözləmə zallarında sərnişinlər üçün böyük rahatlıq yaradan bu yeni xidmət hava limanından istifadə edən vətəndaşlar tərəfindən də məmnunluqla qarşılanıb.






İlk şərhi yaza bilərsiniz