BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 20-də saat 09:00-da Kəlbəcərdə Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Kəlbəcər və Laçın rayonlarının sakinləri Kəlbəcər DAİM-ə (055-379-74-44) müraciət edə bilərlər”.
Sonra xəbərdə, “qəbula yazılmaq üçün, həmçinin Nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz