Press "Enter" to skip to content

Elmi konfrans: “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani”

Elmi konfrans: “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani”

BAYRAQDAR MEDİA – Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Şuşadakı Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin (1126-1199) 900 illik yubileyinə həsr olunan “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbust xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi çıxış edərək konfrans barədə məlumat verib. Bildirilib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AYB-nin birgə təşkilatçılığı ilə keçirilir. Diqqətə çatdırılıb ki, Qarabağ işğaldan azad olunduqdan sonra poeziya bayramı yenidən öz doğma məkanına qayıdıb. Builki proqram müxtəlif mövzuları əhatə edən maraqlı tədbirlərlə zəngindir. Vaqif Poeziya Günləri çərçivəsində bu il yubileyləri qeyd olunan görkəmli söz və sənət adamlarının xatirəsinə həsr edilən silsilə tədbirlər təşkil olunur”.

Konfransda AMEA-nın əməkdaşları X.Şirvaninin zəngin ədəbi irsi və Şərq poeziyasına bəxş etdiyi dəyərli incilər barədə məruzələrlə çıxış ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.