Press "Enter" to skip to content

ABADA beynəlxalq əməkdaşlığı genişləndirir

Kənan Qurbanov

BAYRAQDAR MEDİA – Azərbaycanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni dialoq platformalarının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Bunu 2026-cı ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov dedi.

O, bildirdi ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Orta Dəhliz və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha da genişləndirilib.

Qeyd olundu ki, Azərbaycan Qazaxıstan, Monqolustan və Çin Xalq Respublikası ilə fəaliyyət göstərən qarışıq komissiyalarda aktiv iştirak edir. Bu əməkdaşlıq beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və yükdaşımaların səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mətbuat konfransında bildirildi ki, hesabat dövründə Çin Xalq Respublikası ilə logistika sahəsində bir sıra işgüzar görüşlər keçirilib. Eyni zamanda ABADA, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və TÜİB-in iştirakı ilə üçtərəfli biznes dialoqu təşkil olunub.

Assosiasiya rəhbərliyi hesab edir ki, beynəlxalq dialoq platformalarının genişləndirilməsi, tərəfdaş ölkələrlə koordinasiyanın gücləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin tətbiqi Azərbaycanın regionun əsas logistika və tranzit mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.