Press "Enter" to skip to content

Sumqayıt Teatrı “Cəsur” tamaşası ilə teatr mövsümünü yekunlaşdırır

Sumqayıt Teatrı "Cəsur" tamaşası ilə teatr mövsümünü yekunlaşdırır

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrı 57-ci teatr mövsümünü uğurla başa vurub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “iyulun 21-də rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında səhnələşdirilmiş “Cəsur” adlı uşaq tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamı Osman Kazımov, Arif Müzəffər, Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşçusu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır. Əsərin Azərbaycan dilinə tərcüməsi Xalq artisti Firudin Məhərrəmova məxsusdur. Səhnə əsərində obrazları aktyorlar Məryəm Hüseynli, Sevda Cəlilova, İlham Səfərli, Habil Xanlarov, Şəms AbdullayevaGünəş Bağırova canlandırıblar. Səhnə əsəri dostluq, cəsarət, mərhəmət və ədalət kimi ümumbəşəri dəyərləri təbliğ edən alleqorik nağıl motivləri əsasında hazırlanıb”.

Daha sonra xəbərdə, “tamaşada hadisələr meşədə cərəyan edir və süjet xəttinin mərkəzində ağıllı Qurbağa ilə qorxaq Dovşanın səmimi dostluğu dayanır. Hadisələrin gedişində meşənin hökmdarı Şir heyvanlardan qurban tələb edir və bu, vəziyyəti daha da gərginləşdirir. Hiyləgər Tülkünün qurduğu oyunlar nəticəsində Dovşan ciddi təhlükə ilə üz-üzə qalır. Lakin Qurbağa öz ağlı, cəsarəti və çevik düşüncəsi sayəsində hazırladığı planla dostunu təhlükədən qurtarır, nəticədə xeyir şər üzərində qələbə qazanır, ədalət bərpa olunur. Maraqlı səhnə həlli, rəngarəng dekorasiya, musiqi tərtibatı və dinamik aktyor oyunu ilə seçilən “Cəsur” tamaşası balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb” diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.