BAYRAQDAR MEDİA – KuzeyKıbrıs Türk Cümhuriyyətinin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müavini Serhan Aktunç nazirliyin son beş ildə həyata keçirdiyi fəaliyyətlərə dair təqdimatdan sonra sosial media hesabında paylaşım edib.
Aktunç bildirib ki, təqdimat təkcə görülən işlərin xülasəsi deyil, həm də gecə-gündüz göstərilən əməyin, qurulan arzuların və ölkəyə olan inamın təzahürüdür. O, hələ görüləcək çox işin olduğunu vurğulayaraq, tənqidlərdən deyil, ölkəyə dəyər qatacaq layihələrdən güc aldıqlarını qeyd edib.
Nazir müavini həyata keçirilən layihələrin komanda işinin nəticəsi olduğunu bildirərək bütün əməkdaşlara təşəkkür edib. O, nazir Fikri Ataoğlunun rəhbərliyi və dəstəyinin fəaliyyətlərində əsas yol xəritəsi olduğunu, KKTC üçün çalışmağa, istehsal etməyə, iz qoymağa və indiyədək həyata keçirilməyən layihələri gerçəkləşdirməyə qətiyyətlə davam edəcəklərini vurğulayıb.





İlk şərhi yaza bilərsiniz