BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycan mətbuatı dinamik inkişaf mərhələsini yaşayır və Türkiyə ilə Azərbaycanın media qurumları “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq fəaliyyətlərini uğurla davam etdirirlər”.
Bunu iyulun 22-əd keçiriən tədbirdəki çıxışında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşaviri Cahangir İşbilir deyib.
Müşavir bildirib ki, Azərbaycan milli mətbuatı yarandığı gündən etibarən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə, hər iki xalqın birliyinə xidmət edib. İşbilir qeyd edib ki, tarix boyu müxtəlif dövrlərdə olduğu kimi, mətbuat sahəsində də Türkiyə və Azərbaycan hər zaman bir-birinə dəstək göstərib.
Mətbuat müşaviri çıxışında tarixi bir məqama da toxunaraq xatırladıb ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini qurarkən ölkənin informasiya siyasətinin formalaşdırılması məqsədilə təsis etdiyi Anadolu Agentliyinin ilk rəhbəri əslən Şuşadan olan Əhməd bəy Ağaoğlu olub. Onun sözlərinə görə, bu fakt Türkiyə ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın dərin tarixi köklərə söykəndiyini göstərir.






İlk şərhi yaza bilərsiniz