Press "Enter" to skip to content

Əməkdaşlıq imkanları müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.