BAYRAQDAR MEDİA – “UID Azərbaycan “Bir millət, iki dövlət” prinsipi əsasında Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində sosial, mədəni, akademik və ictimai diplomatiya sahələrində fəaliyyətini davam etdirir”.
Bunu UID Azərbaycan Bölgə sədrinin müavini Ramazan Karaşahin deyib.
İyulun 22-də keçirilən tədbirdə R.Karaşahin onu da qeyd edib ki, bu gün UID dünyanın 32 ölkəsində, 60-dan artıq regional təşkilatı, 300-ə yaxın şöbəsi və 35 minə yaxın üzvü ilə fəaliyyət göstərən ən böyük türk diasporu vətəndaş cəmiyyəti təşkilatlarından biridir: “UID türk diasporunun və türk mənşəli icmaların birlik və həmrəyliyini gücləndirməyi, milli və mənəvi dəyərləri yaşatmağı, Türkiyənin və Türk dünyasının beynəlxalq aləmdə düzgün təmsil olunmasına töhfə verməyi qarşıya məqsəd qoyub”.






İlk şərhi yaza bilərsiniz