Press "Enter" to skip to content

Sefa Burak Bozyel:Mən də azərbaycanlıyam

Sefa Burak Bozyel

BAYRAQDAR MEDİA – “Mən də azərbaycanlıyam. Buna görə özümü sizə daha yaxın hiss edirəm və dəstəyinizi gözləyirəm”.

Bunu iyulun 22-də Bakıda keçirilən tədbirədki çıxışında TRT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Sefa Burak Bozyel deyib.

O, çıxışında Iğdır azərbaycanlısı olduğunu xüsusi olaraq nəzərə çatdırıb.

Sefa Burak Bozyel həmçinin ilkin olaraq görmək istədikləri işlərə də toxunub: “Gəlin birlikdə TRT üçün də faydalı olaq və gözəl layihələr həyata keçirək. Mənim əsas məqsədim sosial mediada Azərbaycanı Türkiyəyə, Türkiyəni isə Azərbaycana daha yaxından tanıtmaqdır. İnşallah, bunu uğurlu layihələrlə həyata keçirəcəyik. İnşallah, gələcək illərdə də burada olacağam. Hər birinizə uğurlar arzulayıram”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.