BAYRAQDAR MEDİA – Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığının Afyonkarahisar regional müdiri Ömer Süt Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzeli ziyarət edib.
Bu barədə Anadolu Universitetindən məlumat verilib.
Bildirilib ki, görüşdə İletişim Başqanlığı ilə Anadolu Universiteti arasında mümkün əməkdaşlıq istiqamətləri və kommunikasiya sahəsində həyata keçirilə biləcək layihələr müzakirə olunub. Tərəflər dövlət qurumları ilə universitetlər arasında əməkdaşlığın əhəmiyyətini də qiymətləndiriblər.
Rektor Yusuf Adıgüzel ziyarətə görə təşəkkürünü bildirərkən, Ömer Süt universitetin təhsil, elm və cəmiyyətə xidmət istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib.






İlk şərhi yaza bilərsiniz