Press "Enter" to skip to content

Qazaxıstanda da avqust və sentyabr aylarında bayram günləri yoxdur

Təqvim

BAYRAQDAR MEDİA – Qazaxıstanda iyul ayındakı bayramlardan sonra avqust və sentyabr aylarında əlavə istirahət günləri olmayacaq. Bu aylarda ölkə sakinləri yalnız şənbə və bazar günləri dincələcəklər.

Bu barədə lada.kz saytı məlumat yayıb.

Bildirilib ki, ən yaxın rəsmi bayram Respublika Günüdür. 2026-cı ildə bu bayram 25 oktyabr – bazar gününə təsadüf etdiyindən qanunvericiliyə əsasən qeyri-iş günü 26 oktyabr, bazar ertəsinə keçiriləcək. Beləliklə, oktyabr ayında qazaxıstanlıları üç günlük istirahət gözləyir.

Mission News Theme by Compete Themes.