Press "Enter" to skip to content

Antonio Quterreşin postuna 6 şəxs iddialıdır

BMT

BMT-də yeni Baş katib seçkiləri ilə bağlı həlledici həftə başlayır

BAYRAQDAR MEDİA – BMT-nin Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatdığı üçün onun varisinin müəyyənləşdirilməsi prosesi yeni mərhələyə qədəm qoyur. Bu həftə BMT Təhlükəsizlik Şurasında Baş katib vəzifəsinə namizəd olan altı şəxsin namizədliyi müzakirə ediləcək.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Bildirilib ki, namizədlər arasında Rafael Qrossi, Mişel Baçelet, Maki Sall, Rebeka Qrinspan, Mariya Fernanda Espinosa və Kerolin Rodriqes Birkett yer alırlar. Təhlükəsizlik Şurasında ən azı doqquz səs toplayan və daimi üzvlərin vetosu ilə üzləşməyən namizəd Baş Assambleyanın təsdiqinə təqdim olunacaq.

Baş Assambleyanın razılığı ilə seçilən namizəd 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə BMT-nin yeni Baş katibi kimi fəaliyyətə başlayacaq. Hazırkı Baş katib Antonio Quterreş isə 31 dekabr 2026-cı ildə vəzifəsini təhvil verəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.