BAYRAQDAR MEDİA – Anadolu Universitetində keçirilən Türk dili və Türk mədəniyyəti Yay Məktəbi çərçivəsində Eskişehirdə təhsil alan xarici tələbələr şəhər valisi Erdinç Yılmazla görüşüblər. Görüşdə vali türk dilinin zənginliyindən, Eskişehirin təhsil və mədəniyyət mərkəzi kimi əhəmiyyətindən danışıb.
Universitetdən verilən məlumata əsaəsn, vali tələbələrin Türkiyədən xoş təəssüratlarla ayrılacaqlarına və ölkə ilə möhkəm əlaqələr quracaqlarına inandığını bildirib. Anadolu Universitetinin rektoru Yusuf Adıgüzel isə bu proqramların tələbələrin həm türk dilini, həm də türk mədəniyyətini daha yaxından tanımasına mühüm töhfə verdiyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz