Press "Enter" to skip to content

4 yaşlı tacik qız Ginnes Rekordlar Kitabına düşə bilər

Afşona Abdikərimova

BAYRAQDAR MEDİA – Qazaxıstanın Türküstan vilayətinin Sarıağaş rayonunda yaşayan dörd yaşlı Afşona Abdikərimova qeyri-adi yaddaşı ilə diqqət çəkib. O, dünyanın 195 ölkəsinin bayraqlarını tanıyır, həmin ölkələrin adlarını və paytaxtlarını düzgün söyləyir.

Bu barədə asiaplus.news saytı məlumat yayıb.

Bildirilib ki, Afşona üç yaşından etibarən atasının gətirdiyi dünya xəritəsinə maraq göstərərək qısa müddətdə bütün bayraqları və ölkələri əzbərləyib. Daha sonra valideynlərinin köməyi ilə paytaxtları da öyrənib. Valideynləri qızlarının bu uğurunu Ginnesin Rekordlar Kitabına təqdim etmək üçün müraciət ediblər və cavab gözləyirlər. Ailə eyni zamanda nailiyyətin Qazaxıstanın Rekordlar Kitabına daxil edilməsi istiqamətində də addımlar atır.

Valideynlər Afşonanın gələcəkdə televiziya proqramlarında iştirak edəcəyinə və bu uğurun onun təhsil həyatına əlavə stimul verəcəyinə ümid edirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.