Press "Enter" to skip to content

“KKTC’nin Coğrafyası” işıq üzü görüb

Kitab rektora təqdim edilib

BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin müəllimi dosent Süheyla Üçışık Erbilenin redaktorluğu ilə hazırlanan “KKTC-nin Coğrafiyası” adlı kitab nəşr olunub. 23 alimin müəllifi olduğu, 18 bölmədən ibarət əsərdə KKTC-nin təbii, iqtisadi, sosial və mədəni coğrafiyası elmi əsaslarla araşdırılıb.

Universitetdən verilən məlumata görə, sahəsində ilk nəşr hesab olunan kitab universitetin rektoru Prof. Dr. Hasan Kılıça təqdim edilib.

Görüş zamanı kitabın elmi əhəmiyyəti və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.