Press "Enter" to skip to content

Xarici tələbələr üçün təşəkkür sertifikatları təqdim olunub

BAYRAQDAR MEDİA – Yunus Emre İnstitutunun himayəsində həyata keçirilən Türk dili Yay Məktəbi layihəsinin bağlanış proqramı çərçivəsində Çanakkale On Səkkiz Mart Universitetinin (ÇOMÜ) TÖMER mərkəzində təhsil alan 12 xarici tələbəyə Troya Muzeyində təşəkkür sertifikatları təqdim edilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, tədbirdə şeir qiraəti və xalq oyunları nümayiş olunub. Müxtəlif ölkələrdən olan tələbələrin bir araya gəldiyi proqram türk dili vasitəsilə qurulan dostluq və mədəni əlaqələrin inkişafına töhfə verib.

Sonda iştirakçılara uğurlar arzulanıb və layihəyə dəstək verən bütün tərəfdaşlara təşəkkür edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.