Press "Enter" to skip to content

Süni intellekt layihələri təqdim olunub

Doğu Akdeniz Universiteti

BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin Mühəndislik fakültəsinin alim və tələbələri IEEE COMPSAC 2026 beynəlxalq konfransında üç elmi layihə ilə çıxış ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, layihələr bələdiyyə xidmətlərinin təkmilləşdirilməsi, ağıllı davamiyyət sistemi və turizm sahəsində süni intellekt tətbiqlərini əhatə edir. Təqdim olunan araşdırmalardan biri vətəndaş müraciətlərinin süni intellekt vasitəsilə avtomatik təsnifatını həyata keçirərək bələdiyyələrin işini daha səmərəli təşkil etməyi hədəfləyir.

Layihələrin xidmət keyfiyyətinin yüksəldilməsinə və müraciətlərə baxılma müddətinin qısaldılmasına töhfə verəcəyi bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.