Press "Enter" to skip to content

Rektor qazaxıstanlı tələbələrlə görüşüb

Anadolu Universitetinin önü

BAYRAQDAR MEDİA – Anadolu Universitetində Türk dili və Türk mədəniyyəti Yay Məktəbi çərçivəsində Qazaxıstandan gələn tələbələr üçün xüsusi proqram təşkil olunub.

Dörd gün davam edən proqram zamanı iştirakçılar müxtəlif praktik və mədəni fəaliyyətlər vasitəsilə türk dilini öyrənmək imkanı əldə ediblər.

Universitetin rektoru Prof. Dr. Yusuf Adıgüzəl tələbələrlə görüşərək onların təəssüratlarını dinləyib, proqramın gedişi ilə tanış olub və təhsil həyatlarında uğurlar arzulayıb. Yay məktəbində tanışlıq oyunları, Türk qəhvəsi emalatxanası, nağıl saatları, dram, musiqi və xalq oyunları təşkil olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.