Mahmut Ağırman: “Bir millət, iki dövlət” anlayışının qürurunu, şərəfini və ucalığını birlikdə yaşayırıq
BAYRAQDAR MEDİA – “Fürsətdən istifadə edərək Azərbaycan dövlətinə və qardaş ölkənin rəhbərliyinə səmimi təşəkkürümüzü bildiririk. Bizə çox gözəl və son dərəcə təmiz bir ölkə göstərdilər. Azərbaycan həqiqətən də çox təmiz və gözəl ölkədir. Mən əvvəllər də burada olmuşam. Lakin ölkənin gündən-günə inkişaf etdiyini və daha da böyüdüyünü görmək böyük məmnunluq doğurur”.
Bunu TİKA-nın Bakı Proqram Koordinatoru Mahmut Ağırman “Kalkınma Elçiləri” proqramıə barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mahmut Ağırman bildirib ki, iki qardaş ölkə arasındakı əlaqlərin hər keçən gün daha da gücləndiyini deyib: “Azərbaycan dövləti Türkiyə Cümhuriyyətinə enerji, təbii qaz və bir çox digər sahələrdə mühüm töhfələr verir. Qarşılıqlı şəkildə bilik və təcrübə mübadiləmiz davam edir. Biz “Bir millət, iki dövlət” anlayışının qürurunu, şərəfini və ucalığını birlikdə yaşayırıq”.






İlk şərhi yaza bilərsiniz