Press "Enter" to skip to content

İnternet jurnalistləri Iğdırda toplaşacaq

BAYRAQDAR MEDİA – Türkiyə İnternet Jurnalistləri Dərnəyi (TİGAD) avqustun 6–10-da Iğdır şəhərində genişmiqyaslı seminar keçirməyə hazırlaşır.

Bu barədə yesiligdir.com saytı məlumat verib.

Bildirilib ki, tədbirdə Türkiyənin müxtəlif bölgələrindən 140 jurnalist iştirak edəcək. Proqrama yüksək vəzifəli dövlət rəsmiləri və mühüm siyasi nümayəndələrin də qatılması nəzərdə tutulur.

TİGAD-ın başqanı Okan Geçgelin rəhbərliyi ilə keçiriləcək proqram TİGAD-ın Iğdır üzrə nümayəndəsi Halit Öztürk və təşkilat komitəsində yer alan jurnalistlərin koordinasiyası ilə həyata keçiriləcək.

Dörd gün davam edəcək seminar çərçivəsində peşəkar müzakirələrlə yanaşı, Iğdırın tanıdılmasına yönəlmiş müxtəlif tədbirlər də təşkil olunacaq.

Proqram ərzində şəhərə gələcək jurnalistlər Iğdırın zəngin mətbəxi, folkloru, tarixi və turizm məkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Şəhərin təbii və mədəni sərvətlərinin milli media vasitəsilə geniş auditoriyaya çatdırılması hədəflənir. Təşkilatın Iğdırın tanıdılmasına və turizm potensialının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

TİGAD tərəfindən təşkil olunan seminarın internet jurnalistikası sahəsində peşəkar həmrəyliyi gücləndirməklə yanaşı, Iğdırın mədəni və sosial zənginliklərinin ölkə miqyasında daha geniş kütlələrə tanıdılmasına da mühüm töhfə verəcəyi bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.