BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində, eləcə də Abşeron-Xızı Regional Bölməsinin əhatə etdiyi Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ərzaq bazarlarının sahibləri ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə Agentlik tərəfindən ərzaq bazarlarında aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, onların aradan qaldırılması istiqamətində sahibkarlar tərəfindən görülməli işlər və sağlamlaşdırma tədbirləri barədə məlumat verilib. Sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, AQTA tərəfindən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinin təmin edilməsi istiqamətində sahibkarlara zəruri metodiki dəstək göstəriləcək”.
Daha sonra xəbərdə, “görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, ərzaq bazarlarının infrastrukturunun qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, həmçinin bazarlara qəbul edilən və istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməlidir. Sahibkarlara görülmüş işlərin nəticələri barədə AQTA-ya məlumat vermələri tapşırılıb. Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz