Press "Enter" to skip to content

Musiqili Teatr yeni mövsümə başlayıb

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sənət ocağının direktoru Aqil Bəhramlı bu münasibətlə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Teatr rəhbəri ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümün bir sıra planlarını açıqlayıb: “Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Bu mövsümdə də bir çox maraqlı layihələr həyata keçiriləcək, yeni tamaşalarımızın premyeraları olacaq””.

Daha sonra xəbərdə, “görüşdə xalq artistləri İlham Namiq KamalAfaq Bəşirqızı da çıxış edərək kollektivi təbrik edib, onlara cansağlığı, yaradıcılıq uğurları arzulayıblar. Qeyd edək ki, Akademik Musiqili Teatrın 117-ci mövsümünün rəsmi açılışı 18 Sentyabr — Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə olacaq” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.