Son yeniləmə: 7 Sentyabr 2026
BAYRAQDAR MEDİA – Şanlıurfa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan yerli Urfa yeməkləri kursu şəhərin unudulmaqda olan milli mətbəx nümunələrini gənc nəsillərə çatdırır. Ənənəvi Mətbəx Muzeyində keçirilən ilk kursu uğurla başa vuran 8 iştirakçıya sertifikat təqdim olunub.
Bu barədə bələdiyyənin məlumatında qeyd edilib.
Bildirilib ki, iki aylıq dövrlərlə təşkil olunan kurslarda bölgəyə məxsus yeməklərin hazırlanması praktiki şəkildə öyrədilir. İlk qrupun kursu 10 iyul–4 sentyabr tarixlərində keçirilib. Layihənin əsas məqsədi ənənəvi Urfa mətbəxini qorumaq, unudulmaq təhlükəsi ilə üzləşən yeməkləri sənədləşdirmək və onların hazırlanma qaydasını yeni nəsillərə ötürməkdir. İkinci qrup üçün 15 nəfərin müraciəti qəbul edilib və kursun 15 sentyabr–13 noyabr tarixlərində keçirilməsi planlaşdırılır.
2025-ci ilin oktyabrında muzey statusu alan Ənənəvi Mətbəx Muzeyi həftədə altı gün, ilboyu ziyarətçiləri qəbul edir.






İlk şərhi yaza bilərsiniz