Press "Enter" to skip to content

Yunus Emre İnstitutu dünyanın 80 ölkəsində birlik və dostluq körpüləri qurur

Ömer Yıldız

Son yeniləmə: 7 Sentyabr 2026

BAYRAQDAR MEDİA – “Yunus Emre İnstitutunun yalnız türk dünyasında deyil, Qərb ölkələrində də mühüm fəaliyyət həyata keçirir”.

Bunu Yunus Emre İnstitutunun başqan yardımçısı Ömər Yıldız BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Qeyd edək ki, müsahibəni yaxın günlərdə dəyərli oxuculara təqdim edəcəyik.

Onun sözlərinə görə, institut uzun illərdir dünyanın müxtəlif bölgələrində -Amerikadan Asiyaya, Afrikadan Türk dünyasına qədər-ümumilikdə 80 ölkədəki təmsilçilikləri vasitəsilə birlik, dostluq və qarşılıqlı anlaşma dəyərlərini təbliğ edir.

“İnstitutun fəaliyyəti türkün mənəvi irsində yer alan birlik, səmimiyyət, dostluq, paylaşmaq və birgə yaşamaq fəlsəfəsinə əsaslanır”, – deyə Ömər Yıldız vurğulayıb.

O qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan dünyanın müxtəlif yerlərinə, o cümlədən Qərb ölkələrinə gedən soydaşlar da Yunus Emre İnstitutunun çətiri altında bir araya gətirilir.

“Bu gün Almaniyada, yaxud Avstriyada və ya Meksikada yaşayan azərbaycanlı soydaşımız da Yunus Emre İnstitutunun sayəsində orada çalışarkən özünə, öz kimliyinə dair nələrsə tapa bilir”, – deyə institut rəsmisi bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.