Son yeniləmə: 7 Sentyabr 2026
BAYRAQDAR MEDİA -“Ortaq köklərdən ortaq elmə” devizi ilə Beynəlxalq Korkut Ata Türk Dünyası Konqresi 3–6 noyabr 2026-cı ildə Osmaniye Korkut Ata Universitetinin ev sahibliyi ilə keçiriləcək. Konqresdə türk dünyasının ortaq tarixi, elmi və mədəni irsinin beynəlxalq akademik platformalarda təqdim edilməsi nəzərdə tutulur.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, tədbir çərçivəsində müxtəlif elm sahələri üzrə orijinal akademik araşdırmalar qiymətləndiriləcək. Akademiklər və tədqiqatçılar elmi işləri ilə konqresdə iştirak edə biləcəklər. Müxtəlif ölkələrdən alimlərin bir araya gəlməsi və bilik-mübadiləsinin gücləndirilməsi əsas hədəflərdəndir.
Konqresin türk dünyasına dair araşdırmalarla yanaşı, müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların beynəlxalq iştirakçılarla bölüşülməsinə imkan yaratması gözlənilir. Təşkilat komitəsi bütün akademik və tədqiqatçıları elmi işləri ilə konqresə töhfə verməyə çağırıb.






İlk şərhi yaza bilərsiniz