Press "Enter" to skip to content

İğdırda Kərbəlayi İsmayıl Çimənin xatirəsi əziz tutulur

Kərbəlayi İsmayıl Çimənin Taşburun qəsəbəsindəki məzar-abidəsi

BAYRAQDAR MEDİA – İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsalın müraciəti əsasında İğdır İl Özəl İdarəsinin əməkdaşları Azərbaycan türklərinin igid övladlarından olan Kərbəlayi İsmayıl Çimənin Taşburun qəsəbəsindəki məzar-abidəsində təmizlik və baxım işləri aparıblar.

Bu barədə dərnəyin məlumatında qeyd edilib.

Aparılan işlər çərçivəsində abidənin ətrafındakı otlar təmizlənib, yerindən düşən mərmər hissə yenidən bərkidilib, köhnəlmiş Türkiyə və Azərbaycan bayraqları yeniləri ilə əvəzlənib.

İrəvanın Vedi bölgəsində anadan olan, erməni quldur dəstələrinə və Rusiya qüvvələrinə qarşı xalqını müdafiə etdikdən sonra Taşburuna köçən və 1948-ci ildə vəfat edən Çimənin abidəsinin qorunmasının milli yaddaş baxımından əhəmiyyətinə diqqət çəkən Ünsal İl Özəl İdarəsinin baş katibi Kasım Çarmana, baş katib müavini Ülkü Öcala və bütün aidiyyəti şəxslərə dəstəklərinə görə təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.