BAYRAQDAR MEDIA – Sentyabrın 8-də Semipalatinsk şəhərində Asiyada Nüvə Silahından Azad Zona haqqında Müqavilə imzalanıb.
Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, Müqavilənin 20 illiyi münasibətilə iştirakçı dövlətlərin xarici işlər nazirləri Birgə Bəyanat qəbul ediblər: “Bəyanatda regionun beş ölkəsinin xarici siyasət idarələrinin rəhbərləri Müqavilənin məqsəd və prinsiplərinə sadiqliklərini təsdiqləyiblər. Qeyd olunub ki, bu sənəd Şimal yarımkürəsində tam yerləşən və iki nüvə dövlətinin sərhədində yerləşən ilk və yeganə nüvə silahından azad zona haqqında sazişdir. Nazirlər Müqavilənin nüvə silahlarının yayılmaması və tərksilah rejiminin möhkəmləndirilməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eləcə də atom enerjisindən dinc məqsədlərlə istifadəsi baxımından əhəmiyyətini vurğulayıblar”.
Məlumata əsasən, bəyanatda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin 11-ci İcmal Konfransının nəticələri, nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin statusu və təhlükəsizliyə dair mənfi təminatlar protokolunun ratifikasiyası kimi məsələlərə də toxunulub. Sənəddə həmçinin nüvə silahından azad digər mövcud və yaradılmaqda olan zonalarla əməkdaşlığın perspektivləri qeyd edilib.
Bəyanat Orta Asiya dövlətlərinin regional təhlükəsizlik məsələlərində vahid mövqeyini və nüvə silahlarından azad dünyaya nail olunması istiqamətində qlobal səylərə töhfəsini nümayiş etdirir.






İlk şərhi yaza bilərsiniz