Press "Enter" to skip to content

YÖK nümayəndə heyəti Tralleis qədim şəhərini ziyarət edib

Aydin Adnan Menderes Universiteti

BAYRAQDAR MEDİA – Türkiyə Ali Təhsil Şurasının (YÖK) nümayəndə heyəti Aydın Adnan Menderes Universitetinə səfəri çərçivəsində Tralleis qədim şəhərini ziyarət edib. Heyətə YÖK İcraiyyə Şurasının üzvü Prof. Dr. Mahmut Ak və digər məsul şəxslər daxil olub.

Səfər zamanı nümayəndə heyətini universitetin rektoru Prof. Dr. Bülent Kent və rektorun müşaviri Prof. Dr. Fatih Mehmet Yılmaz müşayiət edib. Tralleis qədim şəhərində aparılan qazıntı və araşdırmalar barədə YÖK nümayəndələrinə Arxeologiya Bölməsinin müəllimi və qazıntı rəhbəri Prof. Dr. Murat Çəkilməz məlumat verib. O, şəhərin tarixi keçmişi, arxeoloji əhəmiyyəti və mədəni irsi haqqında geniş təqdimat edib.

Ziyarətin məqsədi Tralleisin tarixi və mədəni dəyərləri ilə yanaşı, universitet tərəfindən həyata keçirilən elmi araşdırmalar barədə məlumat vermək olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.