Press "Enter" to skip to content

EMTA-nın əməkdaşı Praqada iclasda

EMTA-nın əməkdaşı Praqada iclasda

BAYRAQDAR MEDİA – Çexiyanın paytaxtı Praqa şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) koordinatorlarının iclası keçirilib. Tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Xatirə Sərxanbəyli-Quliyeva iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclas zamanı ERRA-nın qarşısında duran əsas çağırışlar və yeni layihələr, eləcə də qurumun 2026-2027-ci illər üzrə fəaliyyət planı və büdcəsinin əsas elementlərinə dair təqdimatlar nümayiş etdirilib, bu istiqamətdə ətraflı müzakirələr aparılıb. Eləcə də, ERRA-ya üzv təşkilatlara dəstəyin artırılması mövzusunda iştirakçılar arasında interaktiv sorğu və müzakirələr baş tutub. Görüşdə, həmçinin ERRA koordinatorlarının iştirakı ilə təcrübə mübadiləsi məqsədilə dəyirmi masa formatında görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb”.

Qeyd edək ki, EMTA 2018-ci ildən ERRA-nın assosiativ üzvüdür. Bu əməkdaşlıq enerji tənzimləmə sahəsində beynəlxalq təcrübə mübadiləsinə və bir çox ölkənin tənzimləyici qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verməkdədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.