Press "Enter" to skip to content

Haluk Selvi: Türk Tarih Kurumu başqanı kimi ilk xarici səfərimi Azərbaycana etdim

Prof. Dr. Haluk Selvi

BAYRAQDAR MEDİA – “Bu, mənim Türk Tarih Kurumunun yeni başqanı kimi ilk xarici səfərimidir. Çox xoşbəxtəm ki, bu səfər məhz qardaş Azərbaycana oldu”.

Bunu Türk Tarih Kurumunun başqanı Prof. Dr. Haluk Selvi BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib. Qeyd edək ki, müsahibəni daha sonra oxucalara təqdim edəcəyik.

Prof. Dr. Haluk Selvi qeyd edib ki, Azərbaycana səfəri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Toplulukları Simpoziumunda iştirak məqsədi daşıyır.

O, Türkiyədə bir ənənənin olduğunu, hakimiyyətə gələn türk böyüklərinin ilk səfərlərini Azərbaycana həyata keçirdiklərini vurğulayıb: “Bu vəzifədə ilk səfərimi məhz qardaş Azərbaycana etdim. Bakı Türkoloji Qurultayının 100-cü ildönümündə Altay topluluqları və bu topluluqlarla bağlı araşdırmalarla bir araya gəlmək, bu simpoziumda iştirak etmək mənim üçün böyük məna daşıyır”.

Qeyd edək ki, XIV Beynəlxalq Altay Toplulukları Simpoziumu sentyabrın 9-dan 12-dək Bakıda keçirilir. “Altay çalışmalarının dünəni, bu günü və sabahı” mövzusuna həsr olunan simpozium Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.