Press "Enter" to skip to content

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru RolandPrays ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və yeni layihə təşəbbüsləri nəzərdən keçirilib.

KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, iqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin yeni imkanlarının araşdırılması istiqamətində Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu sahələrdə birgə təşəbbüslərin Azərbaycanda özəl sektorun inkişafına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunub.

Görüşdə Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidinin tərəfdaşlığın daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına imkan yaradacağı bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.