BAYRAQDAR MEDİA – “Qazi Mustafa Kamal Atatürkün belə bir sözü var: Türk gəncliyi tarixdə nə qədər böyük işlər gördüyünü öyrəndikcə, gələcəkdə də böyük işlər görmək əzmi və həvəsi içərisində olacaq. Bizim Türk tariximiz o qədər böyükdür, o qədər böyük uğurlarla doludur ki…”.
Bunu Türk Tarih Kurumunun başqanı Prof. Dr. Haluk Selvi BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib. Qeyd edək ki, müsahibəni daha sonra oxucalara təqdim edəcəyik.
Qeyd edilib ki, Osmanlı tarixində, 350 il boyunca Osmanlı sülh nizamı (pax ottoman) qurulub: “Osmanlı dövləti 622 il ərzində dünya səhnəsində geniş bir coğrafiyada mövcud olub. Səlcuqlular da belədir, Səfəvilər də belədir. Buxara, Xivə və Hokand xanlıqları… Onların yaratdığı sivilizasiyaya və mədəniyyətə baxdıqda, biz bu gün gələcəkdə də çox böyük işlər görə biləcəyimizi anlayacağıq. İnşallah, həmin tarixdən bəhrələnərək bugünkü elmi və texnologiyanı kəşf edəcəyik. Çünki onlar gecə-gündüz çalışıblar”.
“Çalışmaq varsa, uğur var. Əks halda, həmin tarixi quru-quruya tərifləmək insanları bir arada saxlaya bilməz. Oturub çalışmaq lazımdır. Gənclərə tövsiyəm intizamlı iş rejimidir”, – deyə Prof. Dr. Haluk Selvi sonda qeyd edib.






İlk şərhi yaza bilərsiniz