BAYRAQDAR MEDİA – Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova vida ziyarəti edib.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya dördillik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar vida səfərlərini davam etdirir. Bu çərçivədə o, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq və Naxçıvanda həyata keçirilən fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparıblar.
Ceyhun Cəlilov vida səfərinin xatirəsinə Asip Kayaya üzərində türk motivləri işlənmiş tablo hədiyyə edib. Dörd il Naxçıvanda diplomatik fəaliyyət göstərən Asip Kayanın bu həftədən sonra bölgəni tərk edəcəyi bildirilib.






İlk şərhi yaza bilərsiniz