Press "Enter" to skip to content

Mətbuat müşavirindən dəyərləndirmə

Alptekin Cihangir İşbilir

Alptekin Cihangir İşbilir: Əziz Səncərin “Şöhrət” ordeninə layiq görülməsi elmə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına göstərilən dəyərin yüksək təzahürüdür

BAYRAQDAR MEDİA – “Nobel mükafatı laureatıprofessor Əziz Səncəri xüsusi və önəmli edən əsas cəhət onun vətəninə, torpağına və köklərinə bağlı olmasıdır”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilirAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfransda çıxışı zamanı deyib.

O, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün adından tədbir iştirakçılarını salamlayıb, bugünkü konfransda elmin gücünü bizlərə göstərən, gələcək nəsillər üçün rol model olan bir insandan söz açıldığını deyib. Natiq Əziz Səncərin Mardinin bir ilçəsindən dünyanın önəmli yerlərinə uzanan şərəfli bir yol keçdiyini bildirib. Mətbuat müşaviri Əziz Səncərin uğurlarında onun sarsılmaz iradəsinin və çalışma əzminin dayandığını vurğulayıb.

Cənab Prezident İlham Əliyevin Əziz Səncərin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini bildirən Alptekin Cihangir İşbilirgələcəkdə də Türk dünyasında bənzər elm adamlarının yetişəcəyinə inamını vurğulayıb.

O, Əziz Səncərin artıq Türkiyənin və Azərbaycanın sərhədlərini aşaraq bütün Türk dünyasının müştərək elm xadiminə çevrildiyini deyib. Alimin“Şöhrət” ordeninə layiq görülməsinin elmə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına göstərilən dəyərin yüksək təzahürü olduğunu bildirib. Mətbuat müşaviri Əziz Səncərin adının sağlığında ikən medallara, hava limanlarına və küçələrə verilməklə ölümsüzləşdirildiyini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.