Gələn il 35 yaşı tamam olacaq TİKA Azərbaycanda məhsuldar fəaliyyəti ilə yadda qalıb
BAYRAQDAR MEDİA – Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra, Türkiyənin müxətlif qurumları burada fəlaiyyətə başlayıb. Bu sırada Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) də var. TİKA 1990-cı illərin birinci yarısından etibarən fəaliyyətə başlayıb.
Bunu TİKA başqanı Abdulla Eren deyib.
O, qeyd edib ki, TİKA gələn il 35 illiyini qeyd edəcək: “35 il ərzində Azərbaycanda 1 700-dən çox layihə həyata keçirmişik. Təhsil, səhiyyə, kənd təsərrüfatı və heyvandarlıq, sosial infrastrukturun inkişafı kimi sahələrdə Azərbaycanla, demək olar ki, tale birliyi qurmuşuq. Hər zaman ifadə etdiyimiz “Bir millət, iki dövlət” şüarını inkişaf əməkdaşlığında da eyni şəkildə davam etdiririk. Biz “İki dövlət, bir millət” deyirik, inkişaf sahəsində isə “bir ürək, iki bilək” deyirik”.






İlk şərhi yaza bilərsiniz